Müdafiə

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının ildönümü qeyd edilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil ocağının yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verlib.

Tədbir sıra meydanına bayrağın gətirilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Liseyin şəxsi heyəti, pedaqoji kollektiv, kursantların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər hərbi təhsil ocağının tarixi və hazırda görülən işlər barədə danışıblar.

Rəsmi hissədən sonra liseyin bir qrup şəxsi heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

9866aa1ede49269301df61b934b36e5e

01ad2d6b82a533fff1b14b04fb2993e0

Back to top button