![Cənubi Koreya CIWS-II silah sistemi hazırlayacaq Cənubi Koreya CIWS-II silah sistemi hazırlayacaq](https://poliqon.az/wp-content/uploads/2021/11/Koreya1.jpg)
Cənubi Koreya CIWS-II silah sistemi hazırlayacaq
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə yerli CIWS-II silah sistemi layihəsinə başlayıb.
Bu barədə “Poliqon” Cənubi Koreya Müdafiə Təminatı Proqramı Administrasiyasına (DAPA – Defense Acquisition Program Administration) istinadən məlumat verib.
CIWS-II layihəsi çərçivəsində istehsal ediləcək silah sistemlərinin gəmi əleyhinə raketlər və aviasiya vasitələrinə qarşı tətbiq edilməsi nəzərdə tutulub. Bundan başqa CIWS-II silah sistemi sürətli katerlərə qarşı da istifadə edilə bilər.
Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinin yeni freqat, esmine və dəniz kəşfiyyat gəmilərində quraşdırılacaq yerli CIWS-II silah sistemlərinin 2027-ci ilə qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılıb.
14 km məsafəyə qədər gəmiləri müxtəlif növ təhdidlərdən qorumaq imkanına malik olacaq CIWS-II silah sisteminin hazırlanmasında müasir texnologiyalarından istifadə ediləcək.