Cənubi Koreya F-15 və F-16-lar üçün əlavə F100 mühərrikləri alır
ABŞ-ın “Pratt & Whitney” şirkəti (“RTX Corporation” şirkətinin tərkib hissəsi) Cənubi Koreya Hərbi Hava Qüvvələrinin (HHQ) F-15 və F-16 qırıcıları üçün F100 mühərrikləri tədarük edəcək.
“Poliqon” “RTX Corporation”a istinadən xəbər verir ki, bununla bağlı “Pratt & Whitney” şirkəti Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyasından (DAPA) 355 milyon ABŞ dolları dəyərində sifariş alıb.
Qeyd olunub ki, yeni F100 mühərriklərinin tədarükü Cənubi Koreya Hərbi Hava Qüvvələrinin F-15 və F16 qırıcılarının həm xidmət ömrünü artıracaq, həm də döyüşə hazır vəziyyətdə saxlanılmasına kömək edəcək.