Xəbərlər

Cənubi Koreyada K808 ZTR şassisində yeni HHM vasitəsi yaradılıb  

“Hanwha Defence” şirkəti Koreya Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən keçən yay sifariş edilmiş AAGW (anti-aircraft gun wheeled vehicle system) zenit silahlı təkərli avtomobil sistemlərinin ilk partiyasını orduya təhvil verib.

Bu barədə “Poliqon” “Hanwha Defense” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Yeni hava hücumundan müdafiə (HHM) sistemləri Cənubi Koreya Ordusunun silahlanmasında olan “Vulcan” zenit-too sistemlərini əvəz edəcək.

Qeyd etmək lazımdır ki, yeni HHM sisteminin platforması olaraq K808 zirehli transportyoru (ZTR) seçilib. Cənubi Koreya Ordusu artıq AAGW döyüş maşınlarının yerləşdirilməsinə başlayıb.

Məlumatda AAGW sisteminin texniki göstəriciləri açıqlamır. Lakin onun iki yüksək atış tempinə malik 30 mm-lik avtomatik topla silahlandığı və hədəf təyinatının elektro-optik tuşlama sistemi ilə təmin edildiyi məlumdur.

Növbəti on il ərzində Cənubi Koreya Ordusunun 300-ə qədər AAGW sistemi alacağı planlaşdırılır.

Əhəd Əzizov 

Poliqon.az

Back to top button