Xəbərlər

Cənubi Koreyanın “Sea Sword 2” insansız kateri dəniz sınaqlarını tamamlayıb

Cənubi Koreyanın “LIG Nex1” şirkəti tərəfindən hazırlanan “Haegum-2” (“Sea Sword 2”) insansız katerin (USV) dəniz sınaqları tamamlanıb.

“Poliqon” “LIG Nex1” şirkətinə istinadən xəbər verir ki, “Sea Sword 2” insansız kateri, Cənubi Koreyanın cənub sahilindəki Namhae adasının yaxınlığındakı sularda dəniz sınaqlarından keçib və katerdə nəzarətçi heyət olmadan işləmək qabiliyyətini sübut edib.

Dövlət qurumları tərəfindən dəstəklənən üç illik proqram çərçivəsində hazırlanan “Sea Sword 2” USV sualtı və suüstü pilotsuz platformalarla əməkdaşlıqda müşahidə və kəşfiyyat missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub. “Sea Sword 2” USV məsafədən müxtəlif zondlama və xəritəçəkmə texnologiyaları və avtomatlaşdırılmış işə salma və bərpa sistemi ilə təchiz edilib.

“Sea Sword 2” insansız katerin su basımı 11 ton, uzunluğu 12 metr, eni isə 3,5 metr təşkil edir.

Məlumatda o da qeyd olunub ki, “LIG Nex1” şirkəti “Sea Sword 2” insansız kateri Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinə göndərir.

Poliqon.az

Back to top button