Çexiya Fransadan CAESAR özüyeriyən haubitsalar alacaq

Çexiya Müdafiə Nazirliyi Fransanın “Nexter” şirkəti ilə 52 ədəd CAESAR özüyeriyən haubitsaların tədarükü ilə bağlı yekun razılaşma əldə edib.
“Poliqon” Çexiya mediasına istinadən xəbər verir ki, 155 mm-lik CAESAR özüyeriyən haubitsanın tədarükünə dair müqavilə 2021-ci il sentyabrın sonunda imzalanacaq.
2022-2026-cı illərdə Çexiya Silahlı Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulan ilk 4 ədəd CAESAR haubitsası “Nexter” şirkətinin Fransadakı müəssisələrində, digər 48 ədədi isə Çexiyanın sənaye müəssislərində istehsal ediləcək.
Müqavilənin dəyəri 8,5 milyard CZK çex kronu (396 milyon ABŞ dolları) olacaq ki, bu da satış məbləğindən 15% azdır.
Müqaviləyə CAESAR haubitsalarının tədarükündən əlavə olaraq, sursat və ehtiyat hissələri, simulyator çatdırılması, habelə Çexiya artilleriyaçıların hazırlığı daxildir.
Rizvan Fikrətoğlu




