Çexiya “Spyder” ZRK alınması ilə bağlı danışıqlar aparır

Çexiya “Spyder” ZRK alınması ilə bağlı danışıqlar aparır

Çexiya Müdafiə Nazirliyi İsrailin “Rafael” şirkətinin istehsalı olan qısa mənzilli “Spyder” zenit-raket kompleksinin (ZRK) alınması ilə bağlı danışıqlar aparır.

“Poliqon” xəbər verir ki, bu barədə “Armadni Noviny” nəşri məlumat yayıb.

İsrail zenit sistemini əldə edərək, Çex Ordusunun zenit ordusu ənənəsini maraqlı bir şəkildə davam etdirir. Bekə ki, onun ilk hava hücumundan müdafiə bölməsi vaxtilə bugünkü İsrail ərazisində yaradılıb.

Çex Ordusu, İsrailin “Spyder” zenit sistemini alaraq Sovet istehsalı 2K12 “Kub” hava hücumundan müdafiə sistemini əvəz etməyi planlaşdırır. Bununla əlaqədar olaraq, hərbi komandanlıq hava hücumundan müdafiə bölmələri üçün dörd batareya “Spyder” ZRK almaq niyyətindədir.

Qeyd edək ki, kompleks, 9 km-ə qədər hündürlükdə və 20 km-ə qədər məsafədə uçan hava hədəflərini vurma qabiliyyətini təmin edən “Python” aviasiya idarə olunan 5-ci “hava-hava” sinif raketinə əsaslanır. Qurğudan həmçinin 16 km-ə qədər hündürlükdə və 35 km-ə qədər məsafədə uçan hava hədəflərini vurma qabiliyyətini təmin edən “Derbi” “hava-hava” sinif raketi ilə də atəş aparıla bilir. Bir buraxma qurğusu dörd belə raket daşıyır.

“Spyder” ZRK, zərbə təyyarələrini, bombardmançıları, qanadlı raketləri, PUA-ları və yüksək dəqiqlikli aviasiya silahlarını aşkar və məhv etmək üçün təyin edilmiş, hər cür hava şəraitində fəaliyyət göstərən qısa mənzilli mobil zenit kompleksidir.

Kompleks, aviasiya və dəniz bazaları, komanda məntəqələri, rabitə qovşaqları və s. kimi strateji obyektləri qorumaq üçün istifadə edilə bilər.

Kompleksin batareya tərkibinə daxildir: 6×6 təkər formullu yüksək keçidlikli “Tatra” təkərli şassisi üzərində quraşdırılmış buraxma qurğusu – 6 ədəd; nəqletmə-doldurma maşınları – 6 ədəd; kəşfiyyar və idarəetmə məntəqəsi – 1 ədəd; 35 km-ə qədər məsafədə 60 hədəfi aşkarlaya və izləyə bilən EL/M-2106NG radiolokasiya stansiyası – 1 ədəd; zenit idarə olunan raketlər – “Derby” (24 ədəd) və “Python 5” (24 ədəd): “Derbi” – hədəfi məhvetmə məsafəsi 35 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 16 km-ə qədər təşkil edir. Aktiv radiolokasiya özütuşlama başlığı və qəlpəli-fuqas döyüş başlığı ilə təchiz edilib ədəd.

“Python 5” – hədəfi məhvetmə məsafəsi 20 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 9 km-ə qədər təşkil edir. İnfraqırmızı özütuşlama başlığı ilə təchiz edilib.

f1 f3 f2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS