Çexiya Ukraynaya 128 milyon ABŞ dolları dəyərində hərbi yardım edib

Çexiya Ukraynaya 128 milyon ABŞ dolları dəyərində hərbi yardım edib

İndiyədək Çexiya Ukraynaya təxminən üç milyard kron (128 milyon ABŞ dolları) dəyərində hərbi yardım edib. Həmçinin “Czechoslovak Group” şirkətləri tankların təmiri ilə məşğuldur.

“Poliqon” xəbər verir ki, Çexiya Müdafiə Nazirliyi təhlükəsizlik baxımından tədarüklərin təfərrüatlarını açıqlamayıb.

Eyni zamanda, Çexiya Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib ki, Çexiya Ukraynaya hərbi yardımla bağlı əməkdaşlıq modelinin yaradılması üçün Almaniya ilə danışıqlar aparır. Almaniyanın “Welt” nəşri öz mənbələrinə istinadən bəyan edib ki, Almaniya Praqanın Ukrayna ordusuna təmin edəcəyi texnikanın müqabilində Çexiyaya hərbi texnika və silah təklif edib. Çexiya ordusu Ukraynaya o köhnə texnikaları göndərə bilər ki, hansınınkı öhdəsindən ukraynalı əsgərlər gələ bilir.

Mətbuat xidmətindən onu da bildiriblər ki, hazırda Almaniya tərəfi konkret təklifdən deyil, əməkdaşlıq modelinin yaradılmasından danışır: “Biz şadıq ki, Almaniya tərəfi Ukraynaya hərbi yardımı gücləndirmək qərarına gəlib. Çexiya hələlik digər müttəfiqləri ilə oxşar təkliflə bağlı danışıqlar aparmır”.

Qeyd olunub ki, Çexiya müharibə başlayandan bəri işğal olunmuş Ukraynaya atıcı silahlar, raketlər və tibbi avadanlıqlar göndərib. Daha sonra təhlükəsizlik səbəbi ilə sifarişlərin dəqiq tərkibini göstərməyi dayandırıb. “Ukraynaya hərbi yardımın hazırkı dəyəri hazırda demək olar ki, üç milyard kron təşkil edir”, – deyə mətbuat xidmətindən bildirilib.

Çexiya KİV-in məlumatına görə, indiyədək Çexiya Ukraynaya ağır texnika, o cümlədən 152 mm-lik “Dana” özüyeriyən artilleriya qurğuları (ÖAQ), 122 mm-lik RM-70 yaylım atəşli reaktiv sistemlər (YARS), keçmiş SSRİ istehsalı olan T-72M1 tankları və BMP-1 piyada döyüş maşınları (PDM) göndərib (həmçinin bax: Çexiya Ukraynaya T-72M1 və BMP-1 zirehli texnikaları göndərib). Çexiya Müdafiə Nazirliyi hələlik bunu təsdiqləməyib.

Ukrayna, həmçinin Ukrayna səfirliyi tərəfindən Çexiya Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən ianə sayəsində Çexiyadan hərbi texnika alıb. Bu məqsədlə, Ukraynanın Praqadakı səfirliyində silah alışı üçün pul toplamaqdan ötrü xüsusi hesab da açılıb. Aprelin ortalarına qədər insanlar və şirkətlər ona bir milyard krondan çox maliyyə vəsaiti göndərib.

Eyni zamanda, Çexiya silah şirkətləri Ukrayna hərbi texnikasının təmiri ilə də məşğul olurlar. Çexiya Müdafiə Nazirliyi elan edib ki, ilk müqavilə “Czechoslovak Group” şirkətləri tərəfindən T-64 tanklarının həyata keçirilmiş təmiridir.

1 3

BMP-1 PDM və T-72M1 tankı

2 3

T-72M1 tankı

3 1

RM-70 YARS döyüş maşını

4 1

152 mm-lik “Dana” ÖAQ

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS