Çexiyanın CV90 PDM-ləri “Saab”ın sistemləri ilə təchiz olunacaq

Çexiyanın CV90 PDM-ləri “Saab”ın sistemləri ilə təchiz olunacaq

“BAE Systems Hägglunds” şirkətinin Çexiya Silahlı Qüvvələrinin sifarişi əsasında istehsal etdiyi CV90 piyada döyüş maşınları (PDM) İsveçin “Saab” şirkəti tərəfindən hazırlanan sürücü görüş və atəşi idarəetmə sistemləri ilə təchiz olunacaq.

Bu barədə “Poliqon” “Saab” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, sözügedən sistemlərin tədarükü üçün “Saab” və “BAE Systems Hägglunds” arasında təxmini dəyəri 970 milyon SEK (89.2 milyon ABŞ dolları) olan müqavilə imzalanıb.

Müqavilə üzrə istehsal və çatdırılma işlərinin 2023-2029-cu illər ərzində həyata keçirilməsi nəzərdə tutulub.

CATEGORIES