Çin JF-17 Thunder təyyarələrinin ixracında iddialıdır

Çinin Milli Aerotexnologiyaların İdxalı və İxracı korporasiyası – CATIC yaxın beş ildə Pakistanla birgə istehsal edilmiş ən azı 300 ədəd JF-17 Thunder döyüş təyyarəsini satmaq niyyətindədir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə korporasiyanın nümayəndəsinə istinadən “Flightglobal” portalı mılumat yayıb.

Əsas satışların Afrika və Yaxın Şərq ölkələrinə həyata keçirmək planlaşdırılır. İxracat üçün həm Çin, həm də Pakistan istehsalı təyyarələr təqdim olunacaq.

İndiyə qədər JF-17 təyyarələrini yalnız Pakistan əldə edib. Toplam olaraq Pakistan Hərbi Hava Qüvvələrləri 150 ədəd JF-17 təyyarəsini silahlanmaya qəbul etməlidir. Pakistan Müdafiə Nazirliyi sifarişin daha 50 təyyarə artımını imkanlarını da istisna etmir.

JF-17 Thunder təyyarəsinin ən ehtimal edilən alıcıları arasında CATIC nümayəndəsi Konqonun, Nigeriyanı, Şri-Lankanı, Sudanın, Venesuelanı, Türkiyəni və Serbiyanı göstərib.

Qeyd edək ki, 2011-ci ilin noyabrında Azərbaycan JF-17 təyyarələrinin alınmasına maraq göstərdiyini və ilkin danışıqların aparıldığın açıqlayıb.

KATEQORIYA: