Xəbərlər
Çin ordusu KA-52K “Katran” helikopterləri alacaq

Rusiyada keçirilən “Ordu-2021” forumu çərçivəsində Çin hərbi heyəti Rusiyanın “Rosoboronexport” şirkəti ilə KA-52K “Katran” helikopterlərinin tədarükü haqqında müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki , müqaviləyə əsasən, Çin ordusu 075 layihəli universal eniş gəmilərinin (UDC) aviasiya qruplarının ehtiyaclarını qarşlamaq üçün hər biri 20 milyon ABŞ dolları dəyərində 36 ədəd KA-52K “Katran” helikopteri alacaq.
Əvvəlki versiyalardan fərqli olaraq KA-52K “Katran” helikopterləri qatlanan rotor bıçaqlarına və qısa qanadlara malikdir. Əlavə olaraq, helikopterin eniş qurğusu gücləndirilib.
Rizvan Fikrətoğlu




