
Çin Pakistanın Hərbi Dəniz Qüvvələrinə PMSS “Hingol” və PMSS “Basol” patrul gəmiləri hədiyə edib.
Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.
İki ölkə arasında Çin-Pakistan İqtisadi Dəhlizinə (China-Pakistan Economic Corridor /CPEC) dair 54 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb.
Çin müqavilədən irəli gələn işlərin təhlükəsizliyini təmin etmək üçün iki patrul katerini Pakistan donanmasına qrant şəklində verib.
Katerlər artıq Pakistan Silahlı Qüvvələrinin tərkibində döyüş növbəsinə qəbul edilib.



