
Çinin “Bei Dou Open Lab” şirkəti pilotsuz uçuş aparatları ilə mübarizə üçün hazırlanmış tüfəngini sınaqdan keçirib.
Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.
Multikopter tipli PUA-larla mübarizə üçün nəzərdə tutulan yeni sistem müasir smartfonların platformasında işləyir.
Tüfəng GPS siqnalını qarışdırmaqla PUA-nın endirilməsini təmin edir.
Mühəndislərin sözlərinə görə, elektron tüfəng artıq kütləvi tədbirlər zamanı naməlum PUA-ların izlənilməsi üçün tətbiq edilib.
Ekspertlər isə qeyd ediblər ki, bu silah hərbçilərin istifadə etdiyi şifrlənmiş radio əlaqəyə malik sistemlərə qarşı effektsizdir.



