MüdafiəSənaye

Çin yeni tank əleyhinə raket kompleksi yaradıb – FOTO

Çin özüyeriyən çoxməqsədli tank əleyhinə raket kompleksini (TƏRK) təqdim edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Çinin adı açıqlanmayan şirkətinin istehsalı olan TƏRK 4×4 təkər formulu üzərində olan YJ2080 zirehli maşınına inteqrasiya edilib.

TƏRK “Siber-ER” raketləri üçün daha uyğun atəş qurğusudur.

Silahın texniki xarakteriskası haqda geniş açıqlama verilməsə də mütəxəssislərin sözlərinə görə, həm TƏRK, həm də zirehli maşın Rusiya müdafiə sənayesinin kopyasıdır.

Onların fikrincə, “Beijing Yanjing Motor” şirkəti tərəfindən istehsal edilən YJ2080 maşını hazırda Rusiya Silahlı Qüvvələrinin istismarında olan “Tiqr” zirehli transportyorunun eynisidir.

TƏRK isə Rusiyanın “Kornet-EM”in tam bənzəridir.

cin_tankeleyhine raket2

Back to top button