Xəbərlər

Çinin Dəniz Piyadaları “Type 15” tankını silahlanmaya qəbul edib

Çin Ordusunun Dəniz Piyadaları Korpusu “Type 15” tankını silahlanmaya qəbul edib.

“Poliqon” xəbər verir ki, “Type 15” tankı Çin Dəniz Piyadaları Korpusunun silahlanmasına daxil olan ilk tam hüquqlu tankdır.

Əvvəllər onların istifadəsində yalnız topla silahlandırılmış zirehli transportyorlara və piyadanın döyüş maşınlarına əsaslanan texnikalar olub.

“Type 15” tankı ixrac versiyasında VT5 və ya ZTQ-15 kimi də tanınır.

Nisbətən az kütlə və güclü mühərrik sayəsində bu döyüş maşınları yüksək dağlıq ərazilərdə istifadə üçün ən yaxşı şəkildə uyğun gəlir. Tank 3 km-dən artıq məsafədə hədəfləri müəyyənləşdirə və təyin edə bilən kompüterləşdirilmiş atəşi idarəetmə sistemi ilə təchiz olunub. Tankın əsas silahlanmasına 105 mm-lik top daxildir. Həmçinin, məsafədən idarə edilənlər daxil olmaqla, müxtəlif növ döyüş modulları da quraşdırıla bilər.

Xarici görünüşdən “Type 15” “Type 96A” və VT4 tanklarına bənzəyir. Lakin kütləsi və qabarit ölçüləri baxımından əhəmiyyətli dərəcədə onlardan kiçikdir.

“Type 15” tankının topun lüləsi irəsi vəziyyətdə uzunluğu 9,2 m, eni (yan ətəklərlə) 3,3 m, qüllə damı üzrə hündürlüyü 2,5 metrdir. Zirehlənmə növündən asılı olaraq, tankın kütləsi 33 – 36 ton təşkil edir. Tank 1000 at gücünə malik dizel mühərriklə təchiz edilib.

Əhəd Əzizov

Poliqon.az

Back to top button