
Çinin düşmən raketlərinə və PUA-larına qarşı 16 lüləli özüyeriyən zenit qurğusu – TƏHLİL
Pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizəni təkmilləşdirmək və aşağıdan uçan mərmiləri, raketləri və helikopterləri zərərsizləşdirmək üçün Çin 16 lüləli silahla təchiz edilmiş yeni silah sistemi inkişaf etdirib.
“Poliqon”un məlumatına görə, bu, dünyada bir ilk olan, düşmən hədəflərinə cəhənnəm atəşi yağdıran 16 lüləli özüyeriyən zenit qurğusudur (ÖZQ).
Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Çinin müdafiə sənayesi də pilotsuz uçuş aparatları (PUA) və digər hava təhdidləri ilə mübarizə üçün yeni effektiv vasitələrin axtarışı ilə məşğuldur. Bu yaxınlarda bu növ növbəti bir inkişaf haqqında məlumat verilib. Bu, yaylım atəşi apara bilən qeyri-adi 16 lüləli avtomatik topu olan ÖZQ-dir. Qurğu artıq sınaq zamanı özünün bəzi imkanlarını nümayiş etdirib.
16 lüləli monstr silah sistemi və bir hədəfə güclü yaylım atəşi
Bildiyimiz kimi, Çinin müdafiə sənayesi kompleksi çox məxfi fəaliyyət göstərir. O, adətən yeni inkişafları haqqında yalnız sınaqdan və ya hətta istehsala çatdıqdan sonra danışır. Lakin bundan sonra da bütün təfərrüatları açıqlamamağa çalışırlar. Perspektivli zenit sistemi də bu qaydadan istisna edilməyib.
Buna baxmayaraq, Çinin “Modern Weaponry” jurnalı və “Global Times” dövlət qəzeti aprelin 8-də yeni layihə haqqında məlumat yayıb. Onlar layihə rəhbəri ilə söhbət edib və ondan maraqlı məlumatlar alıb. Bundan başqa, nəşrlərə sınaq ÖZQ-nin fotoşəkilini dərc etməyə icazə verilib.
Məlumatlarda perspektivli layihənin hazırlanmasında hansı təşkilatın iştirak etdiyini açıqlanmasa da, baş konstruktor Yu Binin adını çəkilib. İşlərə nə vaxt start verildiyi də məlum deyil. Bununla belə, hazırda layihə tam hüquqlu prototipin sınaqdan keçirilməsi mərhələsinə çatıb. Amma yenə də, yeni ÖZQ-nin adı naməlum olaraq qalır (Qərb mətbuatı onu artıq “Chine Metal Storm” olaraq adlandırıb). Lakin yeni ÖZQ PUA sürüsü və raket əleyhinə silah sistemi kimi tanıdılır.
Baş konstruktor layihənin əsas ideyasını açıqlayıb. O xatırladıb ki, zenit artilleriyasının əsas göstəricisi onun effektivliyini müəyyən edən atəşin sıxlığıdır. Kifayət qədər sayda mərmini hədəfə yönəltmək və onun lazımi ehtimalla məhv edilməsini təmin etmək üçün eyni vaxtda bir neçə topu tətbiq etmək olar.
Yeni layihə oxşar ideyanı həyata keçirir, lakin bir neçə too əvəzinə yaylım atəşi açan vahid sistemdən istifadə edilir. Tələb olunan atəş göstəricilərinə nail olmaq üçün yeni ÖZQ 16 lüləli bloku və öz döyüş sursatı olan xüsusi top ilə təchiz edilib.
Yu Bin iddia edir ki, bu yeni ÖZQ dünyada öz sinfinin PUA sürüləri ilə mübarizə apara bilən ilk inkişafıdır. Qurğu yüksək atəş sıxlığını göstərməli və bu parametri müəyyən hüdudlar daxilində dəyişdirməlidir. Həmçinin, yüksək döyüş sursatı gücü və tez doldurma qabiliyyəti də elan edilib. Üstəlik, sistem özüyeriyəndir və qoşunları müşayiət edə bilir.
Bildirilir ki, yeni ÖZQ artıq poliqonda sınaqdan keçirilir. Onun silahlarının funksionallığı nümayiş etdirilib, hava hədəflərindən, o cümlədən qrup hədəflərindən tətbiü edilməklə sınaqlar keçirilib. Top PUA-nı uğurla məhv edib. Qurğu həmçinin raketlər və hətta artilleriya mərmiləri ilə mübarizə aparmalı olacaq.
Məlum məlumatlara görə, adı açıqlanmayan ÖZQ sınaqlarda yaxşı nəticə göstərir, lakin onun perspektivləri naməlum olaraq qalır. Bu inkişafın taleyi yəqin ki, hazırkı sınaqların nəticələrinə əsasən müəyyən ediləcək. Onun silahlanmaya daxil edilməsi və seriyalı istehsala buraxılması üçün müəyyən şanslar var.
Özüyeriyən hava hücumundan müdafiə sistemi
Sınaq nümunəsinin dərc olunmuş şəkli bizə yeni ÖZQ-nin və onun ayrı-ayrı komponentlərinin ümumi xüsusiyyətlərini anlamağa imkan verir. Ümumiyyətlə, söhbət özüyeriyən şassi üzərində, orijinal döyüş modulu ilə təchiz edilmiş döyüş maşınından gedir. Sonuncu, bütün kompleksin döyüş xüsusiyyətlərini təyin edən xüsusi çox lüləli topla təchiz edilib.
Prototip-qurğu avtomobil şassisi üzərində qurulub, ehtimal ki, bu dörd oxlu konstruksiyadır. Avtomobilin arxa hissəsində üfüqi nişanalma qabiliyyətinə malik tam hüquqlu qüllə-döyüş modulu var. Qüllənin dəqiq ölçüləri və çəkisi naməlum olaraq qalır, lakin daşıyıcı şassi onları təxminən təsəvvür etməyə imkan verir.
Qüllənin ayrıca modul olduğu və müxtəlif şassilərə quraşdırıla biləcəyi bildirilir. Çin Ordusunun silahlanmasında olan müxtəlif mövcud nəqliyyat vasitələri artıq belə bir məmulatın daşıyıcısı hesab edilir.
Qüllənin mərkəzində yeni konstruksiya topu olan yellənən artilleriya hissəsi var. O, müəyyən bucaq aralığında şaquli tuşlamanı təmin edir. Qüllənin arxa tərəfində vəziyyəti işıqlandıran, hədəfləri axtaran və atəşin nəticələrini izləyən kompakt radiolokatorun antena postu var.
Orijinal yeni növ top 4×4 bloka yığılmış və xarici qəfəs örtüyü ilə örtülmüş 16 lülədən ibarətdir. Lülələrin çapı və onların konstruktiv xüsusiyyətləri məlum deyil. Mövcud fotoşəkil də silahın arxa hissəsini bütün detalları ilə araşdırmağa imkan vermir. Bununla belə, aydındır ki, qabarit ölçüləri baxımından lülə blokundan əsaslı şəkildə fərqlənmir və bəzi kabellərə malikdir.
Topun görünən xüsusiyyətləri onun Roma şamı prinsipi ilə işləyən çoxlüləli sistem olduğunu göstərir. Atəşdən əvvəl lülələrə bir neçə mərmi və onların arasında tullayıcı atımı olan xüsusi döyüş sursatı yerləşdirilir. Atəşi idarəetmə sisteminin komandası ilə hər lülə ardıcıl olaraq bir mərmi atır.
Qeyd: Roma şamı əyləncə məqsədləri üçün istifadə edilən çoxatımlı pirotexniki məmulatdır. Qığılcım yığınları kiçik bir zaman məsafəsi ilə ondan uçur.
Bu konstruksiya, hamısı da daxil olmaqla, bir neçə lülədən tək və ya yaylım atəşi aparmağa imkan verir. Top və döyüş sursatının texniki xüsusiyyətlərindən asılı olsa da, atəş tempi də idarəetmə sistemi ilə tənzimlənir.
Belə bir topun yenidən doldurulmasının necə təşkil edildiyi məlum deyil. Ola bilsin ki, qüllədə fərdi mərmilər və ya daraqlar üçün mexaniki saxlama yerləri, eləcə də onları topa ötürmək üçün mexanizmlər var. Ancaq sınaq nümunəsi belə vasitələr olmadan da keçinə bilər.
Mühüm xüsusiyyətlər və üstünlüklər
Perspektivli ÖZQ-nin yaradıcıları öz məhsullarınl yüksək qiymətləndirirlər və onun bir sıra mühüm xüsusiyyətlərə və üstünlüklərə malik olduğunu hesab edirlər. Həqiqətən, təqdim olunan konstruksiya müxtəlif növ, o cümlədən tutulması çətin olan hava hədəfləri ilə effektiv mübarizə aparmağa imkan verən müəyyən xüsusiyyətlərə və parametrlərə malik ola bilər.
Qeyd etdiyim kimi, qurğu özüyeriyən şassi üzərində hazırlanıb. Hazırkı prototip təkərli avtomobildən istifadə edir, lakin digər platformalardan da istifadə oluna bilər. Bütün hallarda, ÖZQ-nin mövqedən mövqeyə yerdəyişməsinə və ya qoşunları müşayiət etmək üçün istifadə edilməsinə imkan verəcək kifayət qədər yüksək hərəkətliliyə nail olmaq lazımdır.
Yeni ÖZQ yerüstü HHM sistemləri, yerüstü mobil nəqliyyat vasitələri və dəniz döyüş gəmiləri də daxil olmaqla müxtəlif platformalarda uyğunlaşmaq üçün nəzərdə tutulub. Bu çeviklik Çinə sistemi quru qoşunlarında və dəniz donanmalarında, xüsusən də yüksək sürətli təhlükənin qarşısının alınmasının artan prioritet olduğu esmineslərdə və freqatlarda yerləşdirməyə imkan verə bilər.
Bununla belə, yeni qurğunun əsas üstünlükləri onun qeyri-adi silahlanması ilə bağlıdır. 16 lüləli kiçik çaplı top müxtəlif rejimlərdə atəş apara bilir. Əsas atəş növü olaraq bütün lülələrdən yaylım atəşi ilə atəşə tutulması nəzərdə tutulur. 16 lülədən yüksək sürətlə atəş açmaq həm tək, həm də qrup hədəfi uğurla məhv etmək ehtimalını artırır.
Yeni ÖAQ üçün əsas hədəf müxtəlif PUA-lar olacaq. Bununla belə, ondan başqa hədəflərə qarşı istifadə imkanları da istisna edilmir. Bu və ya digər effektivliklə, qurğu tam ölçülü uçuş aparatlarına, yüksək dəqiqlikli silahlara və s. hücum edə bilər. Bildirilir ki, artilleriya sursatlarının ələ keçirilməsinin fundamental imkanları var. Digər zenit artilleriya silahı kimi, 16 lüləli top da yerüstü hədəflərə qarşı fəaliyyət göstərə biləcək.
Qeyd etmək lazımdır ki, orijinal idarəetmə sistemi çoxlüləli silahın atəşinin effektivliyinə mühüm töhfə verir. Belə atəşi idarəetmı sistemi avtomatik olaraq hava vəziyyətini izləməli və hədəfləri axtarmalıdır. Ondan həmçinin hədəfi müstəqil tanımaq, onun təhlükəsini qiymətləndirmək və sonrakı atəş məhvetməsi üçün optimal atəş rejimini seçmək də tələb olunur.
İddia olunur ki, sınaqlar zamanı yeni atəşi idarəetmə sistemi bu qəbildən olan imkanlarını nümayiş etdirib. O, topu həm ayrı-ayrı PUA-ları, həm də bütün sürüləri hədəfə almağı bacarıb. Çox güman ki, bu zaman sistem hədəflər arasında keçid üçün tələb olunan yüksək sürəti də nümayiş etdirib.
Od buludu yaradan sürətli atəş istiqaməti
Xatırlatmaq lazımdır ki, Çin kifayət qədər uzun müddətdir ki, kiçik çaplı topların, o cümlədən zenit silahlarının atəş tezliyinin artırılması məsələsi üzərində işləyir. Beləliklə, yaxın keçmişdə gəmilər və yerüstü komplekslər üçün unikal çoxlüləli sistemlər yaradılıb.
O, bir lülədə dəqiqədə 450.000 atəşə qədər misilsiz atəş sürətini təmin etmək üçün nəzərdə tutulub. Bu böyük atəş gücü, bir neçə mərminin qalaqlanaraq bir lüləyə yüklənməsi və kontaktsız elektromaqnit alışdırma sistemindən istifadə edərək ardıcıl olaraq atılması əldə edilir. Hər atış cəmi 17,5 mikrosaniyə ərzində yerinə yetirilir ki, bu da mexaniki məhdudiyyətləri aradan qaldırır və silahın yüksək sürətli təhlükələrə dərhal cavab verməsini təmin edir.
Bu sistemi daha da fərqləndirən onun miniatür sensorlar və məlumat çipləri ilə təchiz edilmiş ağıllı sursatlardan istifadə etməsidir. Bunlar həm dəqiqliyi, həm də sistem diaqnostikasını gücləndirərək trayektoriyanı, sürəti və göstəriciləri real vaxt rejimində izləməyə imkan verir. Bu cür yüksək atəş sürətləri ilə yaranan intensiv istilik və təzyiqi idarə etmək üçün yeni ÖAQ təkrar doldurula bilən maqazin bölmələrinə birdəfəlik lülələrdən istifadə edir. Bu isə ekstremal şəraitdə davamlı istismar üçün innovativ həlldir.
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Dəniz Qüvvələri (HDQ) artıq H/PJ-12 və ya Type 730 artilleriya sistemini istismar edir. Bu sistem fırlanan 7 lüləli bloka malik 30 mm-lik topla təchiz olunub. Onun əsasında artıq eyni çaplı 11 lülə olan H/PJ-11 və ya Type 1130 məmulatı da yaradılıb. 2021-ci ildə 20 lüləli və beş rəqəmli atəş tempi ilə oxşar konstruksiya sınaq qurğusu nümayiş etdirilib.
Yeni ÖZQ-nin topunun yaratdığı od buludu bütün yaxınlaşan hədəf mövqelərini əhatə edə bilər, geniş ərazidən konkret bir nöqtəyə keçərək onları effektiv şəkildə tuta bilir. Bu konsepsiya, atəş sıxlığını və tutma ehtimalını artırmaq üçün çoxsaylı HHM silahlarının birlikdə atəş açdığı arxitekturaya uyğundur.
Yeni silah, “unikal döyüş sursatlarını” atəş apara bilən 16 lüləli topla təchiz edilmiş, yaxın mənzilli HHM sistemidir. Mövcud HHM silahları PUA sürülərinin öhdəsindən effektiv gələ bilmir. Onlar kütləvi hücumların öhdəsindən gələ bilmir və iqtisadi cəhətdən səmərəli deyillər.
Yeni layihədə atəşin tezliyinə görə atəşin effektivliyinin artırılması da təklif edilib. Lakin bunun üçün müxtəlif prinsiplərdən istifadə olunur. Perspektivli 16 lüləli top, digər çoxlüləli sistemlərdən fərqli olaraq, yaylım atəşi açmağa qadirdir və bir sıra digər üstünlüklərə malikdir.
Bu sistem bütün kiçik PUA-ları və sürüləri bir yaylımla vurmaq qabiliyyətinə malikdir. O, həmçinin raketlər kimi hava bazalanmalı sürətli silahları da tuta bilir. Bundan başqa, o, raketlərə, minaatan və haubitsa mərmilərinə qarşı dura bilir.
PUA-ların təhdidləri artmaqda davam etdiyi üçün yeni ÖZQ həm yerli istifadəçilər, həm də beynəlxalq bazarlar üçün cəlbedicidir.
Bu çoxlüləli ÖZQ ABŞ-nin hipersəs raketləri ilə mübarizə aparmaq üçün təyin edilmiş “Phalanx” yaxın mənzilli silahını (“Phalanx” Close-In Weapon System – CIWS) yaxın mənzilli silahını və Rusiyanın “Pantsir-S1” zenit-raket-top kompleksini (ZRTK) üstələyir. Məsələn, “Phalanx CIWS”, yaxınlaşan raketləri və təyyarələri tutmaq üçün dəqiqədə təxminən 4500 mərmi ilə atəş açan 20 mm-lik “Gatling” topundan istifadə edir. O, hədəfləri əldə etmək və izləmək üçün radar və infraqırmızı sensorlara əsaslanır, lakin mexaniki məhdudiyyətlər və sursat tutumu ilə məhdudlaşır. Eynilə, “Pantsir-S1” ZRTK bir sıra hava təhdidlərini dəf etmək üçün 30 mm-lik avtomatik topları və zenit idarə olunan raketləri özündə birləşdirir, lakin idarə olunan tuşlama və yenidən doldurma vaxtlarından çox asılıdır.
Yeri gəlmişkən xatırladaq ki, bu konsepsiya tamamilə yeni deyil. O, XX əsrin 90-cı illərində ixtiraçı Mayk O’Dvayer (Mike O’Dwyer) tərəfindən hazırlanmış Avstraliyanın “Metal Storm” layihəsinin mirasına əsaslanır. Bu sistem misilsiz atəş sürətinə nail olmaq üçün üst-üstə qoyulmuş elektron atımlardan istifadə edirlirdi. Lakin o, istilik idarəçiliyi və nəzarət kimi məsələlərdə problemı malik idi. Bu isə öz növbəsində onun istehsalatdan çıxarılması səbəb oldu. Bununla belə, Çin versiyası materialşünaslıq, rəqəmsal idarəetmə sistemləri və elektromaqnit alışdırma sahəsində müasir irəliləyişlərdən istifadə etməklə bu məhdudiyyətləri dəf etmiş kimi görünür.
Belə bir inkişafın ordudan tam dəstək alması və inkişaf etdirilməsi tamamilə mümkündür. Bu proseslərin nəticəsi isə ÖZQ-nin istifadəyə verilməsi və seriyalı istehsalın başlanması olacaq.
Uğurla yerləşdiriləcəyi halda, bu ÖZQ qısa mənzilli HHM doktrinasını yenidən müəyyənləşdirə və hədəfə çatma vaxtının millisaniyələrlə ölçüldüyü ssenarilərdə həlledici üstünlük təmin edə bilər. Bu, təkcə Çinin qabaqcıl hərbi texnologiyalarda lider olmaq ambisiyasını nümayiş etdirmir, həm də müasir döyüş meydanlarında qabaqcıl təhdidlərin həllində dəyişən paradiqmanı vurğulayır.
Əhəd Vahidoğlu