Çinin MBT-3000 tankınının bəzi göstəriciləri bəlli oldu

Çinin NORINCO korporasiyası MBT-3000 əsas döyüş tankının maketini Eurosatory-2012 sərgisində ilk dəfə Avropa məkanında nümayiş etdirib. “AzeriDefence”nin bildirdiyinə görə, “Janes Defence Weekly” nəşri yeni Çin tankı və onun göstəriciləri barədə bəzi məlumatları təqdim edib.

Nəşrin məlumatına görə, MBT-3000 Çinin Tip-98 və Tip-99 tankından fərqli korpusa malikdir. Çin şirkətinin yeni tankı MBT-2000 və VT2 tankı ilə bir yerdə ixracata təklif edəcəyi gözlənilir. Sonuncu hər iki tankın döyüş kütləsi 42 tondan çoxdur.

MBT-3000 tankının seriyalı istehsalına hələ başlanılmayıb. İstehsalçı şirkət iddia edir ki, tank tamamilə rəqəmlidir. Kondisioner, inersiya / GPS naviqasiya sistemi, həmçinin kombinasiya edilmiş mühafizə sisteminə malikdir.

Yeni tankın silahlanmasına 125 mm-lik yivsiz avtomatik top, həmçinin onunla birləşdirilmiş 7,62 mm-lik pulemyot daxildir. Döyüş komplekti 22 hazır və 18 ehtiyat sursatdan ibarətdir. Tank aşağıdakı sursatlardan atəş aça bilər: zirehdeşən çapaltı, fuqas, zirehdeşən yığılmış. Tankın lüləsindən lazer başlıqlı tandem döyüş hissəsi ilə təchiz olunmuş tank əleyhinə raketi buraxmaq mümkündür. Bu raketlər 5000 m uzaqlıqdakı hədəfləri vurmağı bacarır.

Tankın qülləsinin üzərində 12,7 mm-lik distans idarə etməli pulemyot qurulub.

Topu idarə olunması elektrikləşdirilib. Tank atəş idarə etmə idarə sisteminə ikinci nəsil sabitləşdirilmiş termik nişangah, tuşlayıcı və lazer məsafəölçənini daxil edilib. Damda sabitləşdirilmiş panorama nişangahı qurulub.

Tankın korpusu və qülləsi qaynaq olunmuş poladdan istehsal edilib. Ön səthdə müdafiəni təmin etmək üçün kompozit materiallardan istifadə olunub.

Tankın özünü müdafiə sistemi qüllə üzərində quraşdırılan 12 qurğulu sistemdən ibarətdir. Bu qurğuya 8 tüstü qumbarası və 4 qəlpəli mərmi daxildir.

Su soyumalı dizel mühərriki və Ch1000B transmissiyası ilə təchiz olunmuş MBT-3000 67 km/saata qədər maksimal surət əldə edə bilir. Tankın gediş ehtiyatı 500 kilometr, döyüş ağırlığı 52 ton təşkil edir.

KATEQORIYA: