Sənaye
Çinin yeni məxfi ballistik raketi üzə çıxdı

Çin məxfi hesab edilən orta mənzilli DF-26 (DongFeng) ballistik raketi barədə açıqlama verib.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, ilk dəfə olaraq Çində məxfi sayılan DF-26 orta mənzilli ballistik raketinin ictimai şəkildə təqdimatı keçirilib.
Təqdimat sentyabrın 3-də Pekində keçiriləcək hərbi parada hazırlıq keçidi zamanı baş tutub.
Meydandan keçid edən DF-26 media nümayəndələri tərəfindən lentə alınıb.
Qeyd edək ki, DF-26 DF-21-in modernləşdirilmiş modelidir. Uçuş məsafəsi 4000 km-dir. Hazırda DF-26 aktiv şəkildə silahlanmaya daxil edilir.



