“Cobra” Türkiyədən sonra Qazaxıstanda istehsal edilə bilər

Türkiyənin “Otokar” şirkəti ilə “Kazakhstan Engineering” şirkəti arasında 4×4 təkər formullu “Cobra” tipli zirehli maşınların Qazaxıstanda istehsalına dair anlaşma memorandumu imzalanıb. Bu barədə “AzeriDefence” Türkiyə KİV-lərinə istinadən məlumat verib.

“Otokar”ın açıqladığı məlumata görə, Qazaxıstanlı tərəfdaşla birgə bu ölkənin Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ortaq şirkətin yaradılması nəzərdə tutulur.

“Habertürk”ün suallarını cavablandıran “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc deyib ki, imzalanmış sənəd anlaşma memorandumu olduğu üçün detallar hələ dəqiq deyil.

“Qazaxıstan Ordusu Cobraları bir müddətdir istifadə edir və bundan məmnundurlar. Bu səbəbdən də belə bir təkliflə çıxış etdilər”, – deyə S. Görgüc vurğulayıb.

CATEGORIES