
Danimarka əlavə F-35 təyyarələri almağı planlaşdırır
Danimarka ABŞ-dan əlavə 10 ədəd F-35 döyüş təyyarəsi almağı planlaşdırır.
“Poliqon” xəbər verir ki, bu barədə TV2 televiziya kanalına müsahibəsində Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib.
Onun sözlərinə görə, hazırda Danimarkanın əlavə F-35 təyyarələrini daha tez əldə etməsi üçün zaman pəncərəsi mövcuddur və əgər sifariş bir və ya iki il gecikdirilsə, bu fürsət əldən çıxa bilər: “Mən F-35 proqram ofisindəki şəxslərlə danışdığım əsasda belə qiymətləndirirəm ki, əgər tez bir qərar versək, əlavə F-35 təyyarələrinin çatdırılmasını sürətləndirmək üçün yaxşı imkan var”.
Danimarkanın müdafiə naziri vurğulayıb ki, Danimarka oktyabr ayında ABŞ-dan əlavə olaraq minimum 10 ədəd F-35 təyyarəsi almalıdır.
Qeyd olunub ki, bu alış ilə Danimarkanın döyüş təyyarəsi parkı təxminən 40 ədəd qırıcıya çatacaq.