Xəbərlər
Danimarka HDQ yeni növ patrul gəmiləri alacaq

Danimarka Hərbi Dəniz Qüvvələri (HDQ) müasir tələblərə cavab verə bilən yeni növ patrul gəmiləri almağı planlaşdırır.
“Poliqon” xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi artıq yeni tipli gəmilərin hazırlanması layihəsinə start verib.
Gəmilərin inşasında Danimarkanın OMT, “Pension Danmark” və “Terma” şirkətləri iştirak edəcək.
Üç şirkət Danimarka Müdafiə Nazirliyinin təşəbbüsü ilə həyata keçiriləcək layihəyə birgə təklif təqdim etmək qərarına gəliblər.
Rizvan Fikrətoğlu




