Xəbərlər

Daxili Qoşunlar yaranmasının 29-cu ildönümünü qeyd edib

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Daxili Qoşunlar gününün 29-cu ildönümünü qeyd edib.

Daxili Qoşunlarının mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinə ucaldılan “Əbədi məşəl” önünə əklil qoyulub, Daxili Qoşunların şəhid olan hərbi qulluqçularının abidəsi ziyarət olunub.

Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanan Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan edilib.

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, həmçinin, daxili işlər nazirinin müavini – daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunlar gününün 29-cu ildönümü münasibətilə şəxsi heyətə təbriklər ünvanlayıb.

Back to top button