Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

“Poliqon” Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqusun 14-15-də DİN Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.

CATEGORIES