Daxili Qoşunların arsenalına müasir silahlar və hərbi texnikalar qəbul edilir

Daxili Qoşunların arsenalına müasir silahlar və hərbi texnikalar qəbul edilir

Son illər Silahli Qüvvələrin Ali Baş Komandanı tərəfindən qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, Azərbaycan Respublikasının daxili işlər nazirinin rəhbərliyi altında Daxili Qoşunlarda həyata keçirilən islahatlar nəticəsində döyüş hazırlığının yüksəldilməsi, daşımaların effektivliyinin artırılması məqsədilə qoşunların parklarında hərbi texnikanın yenilənməsi üçün tədbirlər görülüb.

Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev POLİQON jurnalına müsahibəsində bildirib ki, tam ötürücülü “KamAZ” markalı şəxsi heyət daşıyan, “Ford Transit” markalı tibbi yardım, “Toyota Hilux” markalı pikap avtomobilləri, “Cobra II” markalı zirehli döyüş maşınları istismara verilib.

İdarə rəisi vurğulayıb ki, dünya dövlətləri tərəfindən istifadə olunan müasir silahlanma vasitələri və hərbi texnika tərəfimizdən araşdırılır, qoşunların yerinə yetirdiyi tapşırıqlar nəzərə alınmaqla tədarük edilərək istifadəyə qəbul edilir.

Poliqon.az

CATEGORIES
TAGS