“Dearsan”ın Nigeriya HDQ üçün inşa etdiyi OPV 76  patrul gəmisi suya endirilib

“Dearsan”ın Nigeriya HDQ üçün inşa etdiyi OPV 76 patrul gəmisi suya endirilib

Türkiyənin “Dearsan” tərsanəsi tərəfindən Nigeriya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən ilk OPV 76 açıq dəniz patrul gəmisi suya endirilib.

“Poliqon” “Dearsan”a istinadən xəbər verir ki, keçirilən suya endirmə mərasimində Nigeriya Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi, vitse-admiral El Oqalla, şirkət nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, “Dearsan” ilə Nigeriya HDQ arasında iki ədəd OPV 76 açıq dəniz patrul gəmisinin inşasını nəzərdə tutan müqavilə 2021-ci ilin may ayında imzalanıb.

CATEGORIES
TAGS