DİN: Sosial şəbəkədə hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar müəyyən olunub
Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub.
Bildirilib ki, onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
“Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır”, – deyə məlumatda qeyd edilib.
CATEGORIES Xəbərlər