Xəbərlər

Dövlət Sərhəd Xidmətində Zəfər Gününü qeyd olunub – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qalibiyyətin, xalqımın yenilməzliyinin, Silahlı Qüvvələrin qüdrətinin təntənəsi olan Zəfər Gününü sərhədçilər yüksək əhval ruhiyyə və böyük coşqu ilə qarşılayırlar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, DSX rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib. II Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs savaşda həlak olmuş igid oğulların xatirəsi anılıb.

Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində davam edən və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi altında  30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını xüsusi vurğulayıb.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.

Müzəffər Ali Baş Komandanın sərhədçiləri “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görməsi, orden və medallarla təltif etməsi, cari ilin aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində yeni hərbi hissənin açılış mərasimində “Sərhədçilərin ümumi zəfərdə rolu böyükdür. Mən bunu qiymətləndirirəm!” deməsi, cari ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamış 3 yeni hərbi hissəyə gəlişinin Azərbaycanın Sərhəd Mühafizəsinə göstərilən ali etimadın ifadəsi olduğu vurğulanıb.

Tədbirdə Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yurdumuzun bütövlüyü uğrunda şəhadətə qovuşmuş oğullarımızın əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi, ulu əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.

Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri, milli maraqlarımızı ən yüksək səviyyədə müdafiə edəcəkləri vurğulanıb.

Tədbirdə Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, döyüşlər zamanı şəxsi igidlik və sücaət göstərdiklərinə görə təltifləndirilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub, həmçinin xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri müsbət nəticələrə görə və 8 noyabr “Zəfər Günü” münasibətilə bir sıra hərbi qulluqçular və işçilər təltif olunublar.

photo 20211107135258

photo 20211107135252

photo 20211107135246

tədbir3 1

tədbir5 1

tədbir4 1

tədbir1 1tədbir6 1tədbir7 1

tədbir2 1

Back to top button