Dövlət sərhədində gizlədilən narkotik aşkarlanıb

Dövlət sərhədində gizlədilən narkotik aşkarlanıb

Noyabr ayının 2-si İran sərhəd nümayəndəliyinin verdiyi məlumat əsasında müəyyən edilib ki, dövlət sərhəd xətti yaxınlığında, Azərbaycan ərazisində narkotik vasitələr gizlədilib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Xudafərin kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən həyata keçirilmiş axtarış tədbirləri nəticəsində 4 kiloqram 690 qram narkotik vasitə (4 kq 345 qr marixuana və 0.305 qr metamfetamin) aşkar olunaraq götürülüb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES