Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Poliqon.az

CATEGORIES