Xəbərlər
Dövlət Xidmətinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xətai rayonunda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib.
SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!








