DSA-2012 sərgisinə hazırlıq işləri başa çatıb
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək Defence Services Asia 2012 (DSA-2012) XIII müdafiə sərgisi və konfransına hazırlıq işləri başa çatıb. “AzeriDefence”nin sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, sərginin rəsmi açılışı aprelin 16-da olacaq. Sərgi 3 gün davam edəcək.
DSA-2012 sərgisində dünyanın 45 ölkəsindən 850 şirkətin, ziyarətçi qismində isə 58 ölkədən 25 min nəfərin iştirakı təsdiqlənib. Bundan başqa, 35 ölkədən 280 VİP nümayəndə heyəti sərgiyə qatılacaq.
Sərgidə Avstraliya, Avstriya, Braziliya, Bolqarıstan, Çin, Çexiya, Finlandiya, Fransa, Almaniya, Hindistan, İtaliya, Portuqaliya, Rumıniya, Cənubi Koreya, Norveç, Pakistan, Polşa, Rusiya, Sinqapur, Slovakiya, Cənubi Afrika, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ milli pavilyonlarla təmsil olunacaq.
Sərgidə Türkiyə başda Müdafiə Sənayesi Katibliyi olmaqla 41 firma ilə təmsil olunacaq.