DSX Akademiyasında təhsil alan Tacikistandan olan kursantların ilk buraxılışı olub

DSX Akademiyasında təhsil alan Tacikistandan olan kursantların ilk buraxılışı olub

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında təhsil alan Tacikistan Respublikasından olan kursantların ilk buraxılışı olub.

“Poliqon” xəbər verir ki, DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olaraq, Tacikistan sərhəd xidmətinin müraciəti əsasında ilk dəfə 6 kursantın 5 illik zabit hazırlığı uğurla başa çatdırılıb.

Qeyd edək ki, Tacikistan Respublikasından olan 18 kursant “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırdı. Hazırda 12 kursant təhsillərini davam etdirir.

Poliqon.az

CATEGORIES