Müdafiə

DSX Akademiyasının yaradılmasının 10-cu ildönümü qeyd olunub – FOTOLAR

İyunun 12-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət himni oxunduqdan sonra, DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı kursant və müəllim heyətinə çatdırılıb.

Tədbirdə prezident İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə yaradılan DSX Akademiyasının Azərbaycanda xüsusi ixtisaslı, ali təhsilli sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması kimi mühüm vəzifələri uğurla yerinə yetirdiyi qeyd edilib.

DSX Akademiyasında güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdığı, peşəkar sərhədçi kadrların hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradıldığı, Akademiyanın ötən müddət ərzində böyük inkişaf yolu keçərək beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanıb.

Çıxış edənlər DSX Akademiyasının 10 illik yubiley mərasiminin həm də Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının qələbə təntənəsinin yaşandığı vaxta və prezident İlham Əliyevin DSX-nın fəaliyyəti ilə bağlı 05 iyun 2017-ci ildə tarixi Fərmanların imzalandığı ərəfəyə təsadüf etməsini əlamətdar hal kimi qeyd ediblər.

Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçular təltifləndirilib.

Mərasimin sonunda şəxsi heyət orkestrin sədaları altında sıra addımları ilə tribuna önündən keçib və DSX-nın Nümunəvi Hərbi Orkestrinin hazırladığı maraqlı konsert proqramı tədbir iştirakçılarına təqdim edilib.

photo 20170612141012 1 e1497264352984

photo 20170612140930 1 e1497264317918

photo 20170612140903 1 e1497264327178

photo 20170612140839 1 e1497264792296

 

 

Back to top button