Xəbərlər
DSX: Dövlət sərhədində Ermənistan tərəfinin təxribatları davam edir

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, fevralın 2-də saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.




