Xəbərlər

DSX-nin məhkəməyə verməsi ilə bağlı rəsmi açıqlama – yayılan məlumatlar doğru deyil

Bu gün bəzi yerli saytlarda “Azərbaycanda Sərhəd Təhlükəsizlik Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti göstərən şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verib” sərlövhəli doğru olmayan məqalə dərc edilib.

“Poliqon” saytı “Palladium Defence and Security Solutions” MMC tərəfindən həmin məqaləyə cavab olaraq verilən rəsmi açıqlamanı olduğu kimi təqdim edir.

“Palladium Defence and Security Solutions” MMC barəsində “Qafqazinfo.az”, “Konkret.az” və digər saytlarda 30.01.2021-ci il tarixdə dərc olunan məqalədə doğru olmayan məlumat verilib. Cəmiyyətimiz həmin məlumata rəsmi cavab olaraq bildirir ki, “Palladium Defence and Security Solutions” şirkəti Sərhəd Təhlükəsizliyi Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti sahəsində fəaliyyət göstərmir.

Hal-hazırda “Palladium Defence and Security Solutions” şirkəti ilə Dövlət Sərhəd Xidməti (DSX) arasında məhsuldar əməkdaşlıq fəaliyyəti uğurla davam etdirilir. Birgə fəaliyyət əsasında bütün məsələlər tərəflərin qarşılıqlı anlaşma əsasında daima həll olunur.

Bundan başqa məqalədə qeyd olunan Dövlət Sərhəd Xidməti ilə Cəmiyyət arasında gedən məhkəmə işi, mübahisə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı deyil, satınalmaların keçirilməsi qaydalarında olan boşluq ilə bağlıdır. Bu boşluğun aradan qaldırılması Azərbaycan qanunvericiliyinə əsasən yalnız məhkəmə yolu ilə aparılmalıdır.

Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində dövlətin bütün güc strukturlarının əməyini yüksək qiymətləndiririk. Dövlət Sərhəd Xidmətininə işğaldan azad olunmuş dövlət sərhədlərinin xidmətində də uğurlar arzulayırıq!

Bu press relizin əsası ondan ibarətdir ki, tərəflərin mövqeyini öyrənilmədən yayılması azad mətbuatın prinsipi deyil. Bununla əlaqədar doğru olmayan məlumatı yayan mətbuat orqanlarından rica edirik ki, bu press relizi tezliklə dərc etsinlər.

Mirsalayev Emil Mübariz oğlu

“Palladium Defence And Security Solutions” MMC-nin  icraçı direktoru

press reliz 30.01.2021 PDSS pdf.io

 

 

Back to top button