DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Ermənistan ilə dövlət sərhədi minalardan təmizlənilir

Azərbaycanın Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən Azərbaycanın Ermənistan ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu mina-ladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.
Yanvarın 31-də Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.







