DSX-nin növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

DSX-nin növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, 2 TIR vasitəsilə zəlzələdən zərərçəkmişlər üçün yola salınan növbəti humanitar yardıma xüsusi hərbi qış çadırı, yarımyun ədyal, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, yarımyun köynək, qış termal alt paltarı, odun sobası (bütün ləvazimatları ilə), içməli “Sərhədçi” suyu (5 litrlik qablaşdırmalarda) daxildir.

Həmçinin, zəlzələ zonasında fəaliyyət göstərən könüllülər üçün təyyarə ilə 25 nəfərlik xüsusi hərbi qış çadırı, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, qış termal alt paltarı, uzunboğaz çəkmə (botinka), bel kəməri, su qabı (qumquma), odun sobası (bütün ləvazimatları ilə), dərman (1 nəfər üçün ilkin tibbi yardım), quru ərzaq payı, konserviləşdirilmiş 1-ci yemək (0.350 kq), konserviləşdirilmiş 2-ci yemək (0.350 kq), konserviləşdirilmiş mal əti (0.525 kq) yardım göndərilib.

Poliqon.az

CATEGORIES