DSX-nin Zəngilandakı hərbi hissəsinə “Cobra”lar verilib

DSX-nin Zəngilandakı hərbi hissəsinə “Cobra”lar verilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayonunda yerləşən hərbi hissəsinin arsenalına Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Cobra” tipli taktik təkərli zirehli nəqliyyat vasitələri daxil edilb.

“Poliqon”un məlumatına görə, 4×4 təkər formuluna malik “Cobra” zirehli trasportyorları Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissəsində olarkən nümayiş etdirilib.

Türk mühəndisləri tərəfindən milli imkanlar hesabına dizayn və istehsal olunan “Cobra” bu gün öz sinifində dünyanın ən çox tanınan və seçilən zirehli transportyorlarından biridir.

Yüksək manevrlilik qabiliyyəti malik “Cobra”lar öz imkanlarına görə, analoqlarını üstələyir. “Cobra”lar desantların çıxarılması ilə yanaşı onlara atəş dəstəyini həyata keçirmək imkanı verir, həmçinin maneələrin dəf edilməsi, düşmənin məhvi əməliyyatlarında özünü doğruldub.

BMT-nin mandatı altındakı qüvvələrdə də xidmət göstərən “Cobra”lar hazırda 20-ə yaxın ölkənin silahlanmasında yer alır. “Cobra” zirehli personal daşıyıcılar psotsovet ölkələrindən Gürcüstan, Azərbaycan və Qazaxıstan silahlı qüvvələri tərəfindən istifadə olunur. Gürcüstan Ordusunun Türkiyədən ümumilikdə 300 ədəd bu texnikadan aldığı bildirilir. Azərbaycan Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarının arsenalına 2011-ci ildən “Cobra”lar daxil olmağa başlayıb.

“Cobra” zirehli trasportyorları 44 günlik Vətən müharibəsində döyüş əməliyyatlarında, müxtəlif ərazi şərtlərində istifadə olunmaqla praktiki sınaqdan keçib və özünün etibarlığını real döyüşlərdə sübuta yetirib. Vətən müharibəsində “Cobra”lar heyəti mina partlayışlarından, qəlpələrdən qoruyaraq yüksək performans nümayiş etdirib.

otokar

Poliqon.az

CATEGORIES
TAGS