DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edib
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakı şəhərində II Fəxri Xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hərbi qulluqçuların məzarlarını ziyarət edib, daha sonra yas mərasimlərində iştirak ediblər.
Poliqon.az
CATEGORIES Xəbərlər