DSX rəisi Türkiyənin Müdafiə Sənayesi Başqanlığında olub
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Müdafiə Sənayesi Başqanlığını ziyarət edib.
“Poliqon” Türkiyənin Müdafiə Sənayesi Başqanlığına istinadən xəbər verir ki, ziyarət zamanı DSX rəisi general-polkovnik Elçin Quliyevlə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün arasında görüş keçirilib.
Görüşdə bildirilib ki, “iki dövlət, bir millət” şüarına uyğun olaraq Türkiyə və Azərbaycan arasındakı qardaşlıq müdafiə sənayesi sahəsində ən güclü şəkildə davam edir.