
DSX tərəfindən PUA arsenalının yenilənməsi və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) 2017-2021-ci illərdə ciddi islahatlar həyata keçirilib.
“Poliqon” xəbər verir ki, bu sözləri DSX rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
General-leytenant Abbas Xəlilov bildirib ki, keçirilən islahatlar nəticəsində, DSX-nin tərkibində beş silahlı birləşmə – “Sərhəd qoşunları”, Çevik qüvvələr”, Sahil mühafizəsi”, Sərhəd nəzarəti” və “Xüsusi Hava Əməliyyatları Komandanlığı” yaradılıb.
“Bu istiqamətdə xüsusən 44 günlük Vətən Müharibəsindən sonra, müharibənin nəticələri, gedişatı təhlil olunaraq DSX-nin xidməti vəzifələrini icra edə bilməsi, qarşıya qoyulan tapşırıqların ən yüksək səviyyədə icrasını təmin etmək üçün müasir texnologiyaların, sərhəd mühafizə avadanlıqlarının, silah-sursatın, PUA arsenalının yenilənməsi və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir” , – deyə general-leytenant Abbas Xəlilov vurğulayıb.