Müdafiə
DSX və DİN əməkdaşları silah-sursat aşkar edib

Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Bu haqda “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, “Şəmkir” sərhəd dəstəsinin “Keşikçidağ” sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş halda istifadəyə yararlı olan 1 ədəd “Naqan” tipli tapanca, 2 ədəd siqnal tapancası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





