DTX qanunsuz erməni silahlı birləşmələrini qısa müddətdə silah-sursatı təhvil verməyə çağırır

DTX qanunsuz erməni silahlı birləşmələrini qısa müddətdə silah-sursatı təhvil verməyə çağırır

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciətində deyilir.

Bildirilib ki, silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.

CATEGORIES