DTX rəisi: Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz

DTX rəisi: Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz

Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcəkdir.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Xidmət rəisi tərəfindən DTX-nin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq ifadə edilib.

Poliqon.az

CATEGORIES
TAGS