EFES-2024: Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib

EFES-2024: Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində EFES-2024 çoxmillətli təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.

Yüksək Səviyyəli Müşahidəçi Günündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri cənab Yaşar Güler çıxış edib.

Nümayəndələr Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra “Türk Ulduzları”nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.

Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi EFES-2024 çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.

CATEGORIES
TAGS