Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTOLAR

Əfqanıstanda sülhməramlı missiyada iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbçisi Bakıya qayıdıb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
NATO-nun 2015-ci ilin yanvarından Əfqanıstanda həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 44 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Məlumatda o da eyd ounub ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Ordusunun 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı micsiyada iştirak edir.








