Müdafiə
Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindəm nəlumat verilib.
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.



