Əlahiddə Ümumqoşun Ordu komandanı İrana rəsmi səfər edib

Əlahiddə Ümumqoşun Ordu komandanı İrana rəsmi səfər edib

Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İrana rəsmi səfər edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

CATEGORIES
TAGS