“Elbit Systems” Rumıniya Silahlı Qüvvələrinə “Watchkeeper X” PUA-ları tədarük edəcək

“Elbit Systems” Rumıniya Silahlı Qüvvələrinə “Watchkeeper X” PUA-ları tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti Rumıniya Silahlı Qüvvələrinə 7 ədəd “Watchkeeper X” pilotsuz uçuş aparatı (PUA) tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla əlaqədar şirkət və Rumıniya Milli Müdafiə Nazirliyi arasında 410 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, ISR tipli tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan “Watchkeeper X” PUA-ları “Elbit Systems”in Böyük Britaniyada fəaliyyət göstərən “UAV Tactical Systems Limited” (U-TacS) şirkəti tərəfindən istehsal olunur.

Bu PUA Böyük Britaniya Silahlı Qüvvələrinin istifadəsi üçün “Hermes” ailəsi əsasında hazırlanan ixrac modelidir. Onun NATO standartlarına uyğun olması bu alyansa üzv ölkələr tərəfindən seçilməsində və hər hansısa çətinliklə qarşılaşmadan silahlı bölmələr tərəfindən istifadə edilməsində əsas amil rolunu oynayır.

Xatırladaq ki, ötən ilin iyulunda Böyük Britaniyanın “U-TacS” ilə Rumıniyanın “Aerostar” şirkəti arasında “Watchkeeper X” PUA-nın birgə istehsalı üçün də müqavilə imzalanıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR