Əlcəzair “Stugna” tank əleyhinə raket alıb

Ukraynanın “Luç” Kyev Dövlət Konstruktor Bürosu Əlcəzairə bir neçə min “Stugna” tank əleyhinə idarə olunan raket (TƏİR) ixrac edib.
“Poliqon” xəbər verir ki, bu müqavilənin həyata keçirilməsi üçün dövlət müəssisəsi Əlcəzair Ordusundan təxminən 50 milyon ABŞ dolları alıb.
Xatırladaq ki, “Stugna” (Məmulat 111) TƏİR 2000-ci illərin əvvəllərində hazırlanmış və 2006-cı ildə Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib. “Stugna” raketi ilə T-55 tankından və ya tank əleyhinə MT-12 “Rapira” topundan atəş aparmaqla hərəkət dən və etməyən müasir zirehli hədəfləri məhv etmək üçün təyin edilib.
Əslində, “Stugna”, Ukrayna istehsalı idarə olunan silahların bütün növlərinin bir növ “anası” hesab edilə bilər. Çünki bu model “Luç” KB tərəfindən hazırlanmış və müstəqil Ukraynada kütləvi istehsalına başlayan ilk idarə olunan raketdir.
100 mm çaplı “Stugna”nın buraxma qurğusu hamar lüləli topdur. Atəş yığımının kütləsi 24,5 kq, raketin orta uçuş sürəti – 340 m / s, atəş məsafəsi 5000 metr, maksimal məsafəyə uçuş müddəti 16.8 saniyə təşkil edir. “Stugna” lazer şüası üzərindən yarıavtomatik idarəetmə sisteminə malikdir. Tandem kumulyativ döyüş başlığı daşıyan TƏİR-in zirehdəlməsi 550 mm-dir.




